Hava dəyişəcək: leysan, qar yağacaq - Xəbərdarlıq

10:20 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında rəsmi məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmməova hafta.az-a bildirib ki, noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.


Nazirlik rəsmisinin sözlərinə görə, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.  O, həmçinin deyib ki, çaylarda sululuğun artacağı gözlənilir.